26 C
Baku
Tuesday, April 30, 2024

Rusiyadan dost ölkələrə neft ixracı 76% artıb

Rusiya 2022-ci ildə neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün müxtəlif, ilk növbədə Asiya ölkələrindən 20-dən çox müraciət qəbul edib.

Bunu baş nazirin müavini Aleksandr Novak bildirib.

“Ötən il ərzində neft, neft məhsulları və LNG-nin tədarükü üçün müxtəlif ölkələrdən, ilk növbədə Asiya ölkələrindən 20-dən çox müraciət daxil olub. Yəni ixracın coğrafiyasının genişləndirilməsi üçün əhəmiyyətli potensial var”, – baş nazirin müavini qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ilin yekunlarına görə, Rusiyadan dost ölkələrə neft ixracı 76%, neft məhsulları 20%, boru kəməri və maye qaz ixracı isə 8% artıb.

Aleksandr Novak onu da bildirib ki, 2021-ci illə müqayisədə ötən il Rusiyadan Hindistana neft tədarükü 19 dəfə artaraq 41 mln. tona, kömür isə 3 dəfə artaraq 20 mln. tona çatıb. Hindistana neft məhsullarının ixracı 2022-ci ildə 6.2 milyon ton (2021-ci ildə – 3.1 milyon ton) səviyyəsinə çatıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər