7 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın Aİ-dəki dondurulmuş şəxsi aktivlərinin məbləği 24 mlrd. avronu keçib

Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilmiş Rusiyadan olan fiziki şəxslərin və şirkətlərin dondurulmuş aktivlərinin məbləği hazırda təxminən 24.1 milyard avro təşkil edir.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

“Hazırda biz Aİ ərazisində sanksiya tətbiq edilən fiziki şəxslərin və şirkətlərin təxminən 24.1 milyard məbləğində aktivlərini dondurmuşuq”, – o deyib.

AK nümayəndəsi xatırladıb ki, sanksiyaya məruz qalan şəxslər və təşkilatların aktivləri dondurulur, heç bir halda müsadirə edilmir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər