Rusiyanın bu “Bank”ının filialı müflis oldu

Rusiyanın “Alfa Bank”ının Niderland filialı “Amsterdam Trade Bank” müflis olub.

Bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.

Məhkəmədən bildirilib ki, bank müflis elan olunma barədə iddia qaldırıb.

Niderlandın ANP agentliyi bildirir ki, 1994-cü ildə təsis edilmiş bank son illərdə Britaniyanın sanksiyalarına görə ciddi çətinliklərlə üzləşmişdi. Bir neçə gün əvvəl isə maliyyə qurumu Avropanın Rusiyaya qarşı sanksiyalarına əməl edəcəyini açıqlamışdı.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər