-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın Kursk vilayətində gedən döyüşlər təbii qazın qiymətini artırıb

Rusiyanın Kursk vilayətinin Sudja rayonunda Ukrayna qoşunları ilə Rusiya qüvvələri arasında baş verən döyüşlər həm təbii, həm də sıxılmış qazın qiymətini illik pik həddə çatdırıb.

Bu barədə “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov açıqlama verib. O bildirib ki, Norveçin qaz hasilatı və emalı sahələrindəki təmir işləri qiymətləri bir qədər də yüksəldə bilər.

Bir qədər əvvəl Avropada mavi yanacağın qiyməti 5 fazi artaraq, hər 1000 kubmetr üçün 454 dollar təşkil edib ki, bu da illik maksimal həddən çoxdur.

Qeyd edək ki, avqustun 9-a bağlanan fyuçerslərin nəticələrinə əsasən, birjalarda qazın qiyməti 456 dollar olub.

Son xəbərlər
Digər xəbərlər