20 C
Baku
Sunday, May 5, 2024

“Rusiyanın müharibədə uduzmasını təmin edəcəyik”

“Biz Rusiyanın müharibədə uduzmasını təmin edəcəyik”.

Bunu Böyük Britaniyanın Baş naziri Liz Tras tviterdə yazıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazilərini ilhaq etməklə beynəlxalq hüququ növbəti dəfə pozub: “Rusiyanın döyüş maşınını sıradan çıxarmaq üçün sanksiyalar tətbiq etmək də daxil olmaqla, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər