8 C
Baku
Friday, December 13, 2024

Rusiyanın neft ixracı azalacaq

Mart ayında Rusiyanın qərb hissəsindəki limanlar vasitəsilə neft ixracı azala bilər.

Bu barədə “Reuters” agentliyinə Rusiya neft sənayesindəki mənbə məlumat verib.

Qeyd olunub ki, fevral ayı ilə müqayisədə mart ayında neft ixracı 20-25% azalacaq.

İxrac planına əsasən, gündə 2,24 milyon barel “Urals”, KEBCO və “Siberian Light” markalı neft Baltik limanları və Novorossiysk limanından keçməlidir. Mənbələrin “Reuters” agentliyinə verdiyi məlumata görə, mart ayında dəniz ixracının azalacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər