-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın nüvə sektoruna qarşı sanksiyalar müzakirə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel ilə Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları müzakirə edib.

Bu barədə Ukraynanın Avstriyadakı səfiri Aleksandr Şerba bildirib.

Avqustun 7-də Zelenski Rusiyanın “nüvə terroruna” daha sərt cavab verməyə çağırıb. Ukrayna tərəfi bildirir ki, avqustun 5-i və 7-də Zaporojye AES-in atəşə tutulmasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya tərəfi insidentdə Ukrayna silahlı qüvvələrini günahlandırır.

Zelenskinin sözlərinə görə, Zaporojye AES-dəki vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət Rusiyanın nüvə sənayesi və nüvə yanacağına qarşı sanksiyalar tətbiq etməlidir.

Aİ-nin Rusiya uranına və nüvə sənayesinin digər məhsullarına qarşı sanksiyalar tətbiq etmək planları barədə aprel ayında Politico nəşri avropalı diplomatlara istinadən məlumat yayıb. Bununla belə, nə altıncı, nə də yeddinci məhdudiyyətlər paketi çərçivəsində Rusiyanın nüvə sənayesi sanksiyalara məruz qalmayıb. Bu müzakirələr fonunda mart ayında uranın qiyməti rekord səviyyəyə qalxıb.

Son xəbərlər
Digər xəbərlər