7 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın təyyarə qəzaya uğrayan qəsəbəsində fövqəladə rejim tətbiq edilib

Rusiyanın Kamçatka diyarının Palana qəsəbəsində “An-26” sərnişin təyyarəsi qəzaya uğrayandan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“RİA Novosti” xəbər verir ki, bunu qəsəbə başçısının müavini Andrey Ulyanov bildirib.

Qeyd edək ki, təyyatə iyulun 7-də qəzaya uğrayıb. Hadisə nəticəsində “An-26”nın göyərtəsindəki 22 sərnişin və 6 ekipaj üzvü ölüb. Axtarış-əməliyyat tədbiri nəticəsində 19 meyit çıxarılıb.

Axtarış davam edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər