22 C
Baku
Thursday, April 25, 2024

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşüb

Rusiyanın Ukraynaya atdığı raket Moldova ərazisinə düşüb.

Raket Moldovanın şimalında yerləşən Naslavça yaşayış məntəqəsində yerə düşüb.

“Bu gün səhər Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna yenidən raket atəşinə tutulub və Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulan raketlərdən biri Moldova ərazisinə düşüb. Raketin düşməsi nəticəsində xəsarət alanlar yoxdur, yaxınlıqdakı evlərin şüşələri sınıb”, – Moldova Daxili İşlər Nazirliyindən bildirilib.

Hər hansı təhlükənin qarşısını almaq məqsədilə hadisə yerinə giriş-çıxış bağlanıb. Müvafiq qurumlar lazımi tədbirləri həyata keçirir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər