7 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın yeni xarici siyasət konsepsiyasının detalları açıqlanıb

Rusiyanın xarici siyasətinin yeni konsepsiyasının məntiqi beynəlxalq məsələlərdə inqilabi irəliləyişləri əks etdirir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsində məruzə ilə çıxış edən Lavrov bildirib ki, yeni xarici siyasət konsepsiyasında ABŞ bilavasitə anti-Rusiya xəttinin əsas təşəbbüskarı və bələdçisi adlandırılıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasının yenilənmiş xarici siyasət konsepsiyada təhlükəsizliyin bölünməzliyi prinsipinə əməl etməyə hazır olması yalnız qarşılıqlı əsasda bəyan edilir.

“Rusiyanın yeni xarici siyasəti konsepsiyası dövlətlərin çoxmərkəzliyi və suveren bərabərliyinə diqqət yetirir. Yenilənmiş xarici siyasət konsepsiyasında Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə hücumu dəf etmək və ya qarşısını almaq üçün silahlı qüvvələrdən istifadə tezisi qeyd olunub. Yeni konsepsiya Rusiyaya qarşı təhdidlərə simmetrik və asimmetrik cavabları özündə ehtiva edir. Yeni xarici siyasət konsepsiyasında lazım gələcəyi təqdirdə, dost olmayan dövlətlərin anti-Rusiya addımlarının qarşısının sərt şəkildə alınacağı da qeyd olunub”, – deyə Rusiya XİN başçısı əlavə edib.

Lavrov onu da qeyd edib ki, Rusiya Federasiyasının yeni Xarici Siyasət Konsepsiyasında Çin və Hindistanla strateji tərəfdaş kimi göstərilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər