17 C
Baku
Monday, April 29, 2024

Ruslar Azərbaycan viskisininın alış həcmini artırırlar

Azərbaycan cari ilin birinci yarısında Rusiya Federasiyasına 2 milyon 425.6 min ABŞ dolları dəyərində viski ixrac edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, ixrac edilən tünd alkoqollu içkinin həcmi isə miqdar baxımdan 70.94 min dekalitr (1 dkl=10 litr) təşkil edib. Azərbaycanın viski ixracı 2022-ci ilin müvafiq dövründə bu içkinin ixracı xeyli aşağı idi. İxrac ötən ilin ikinci yarısından sonra başlamışdı və il üzrə cəmi ixrac 120.2 min dkl. və ya 3 milyon 964 min dollar idi.

2022-ci ildə RF-yə 11.83 min dkl. (603.03 min dollar) konyak və ya brendi ixrac edildiyi halda, cari ildə bu rəqəm 12.85 min dkl. (858.66 min dollar) təşkil edib.

Azərbaycanda viski və konyak içkisinin istehsal həcmi son bir ildə kəskin artıb. Belə ki, 2023-cü ilin ilk yarısında 119.2 min dkl. viski və konyak istehsal edilib. Bu 2022-ci ili 8.6 dəfə üstələyib.

Qeyd edək ki, 2022-ci ildən başlayaraq Rusiyanın Ukraynaya hücumundan sonra bir sıra Qərb ölkələri ölkəyə qarşı sanksiya tətbiq ediblər. Digər məhsullar kimi alkoqollu içkilərin bu ölkəyə ixracı məhdudlaşıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər