27 C
Baku
Saturday, July 27, 2024

Səudiyyə Ərəbistanı dollardan imtina edir

Səudiyyə Ərəbistanı dollardan imtina edərək, xarici ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirməyə hazırlaşır.

Bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu məsələni ticarət tərəfdaşları ilə müzakirə etməyə hazırdır. Nazir, həmçinin vurğulayıb ki, xarici ticarətdə avro, Səudiyyə rialı və digər valyutalar istifadə oluna bilər.

Qeyd edək ki, bundan əvvəl BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qarşılıqlı ticarəti milli valyutalarla davam etdirmək barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər