9 C
Baku
Thursday, December 12, 2024

Səfirlik Türkiyəyə yardım etmək istəyənlərə müraciət edib- Yenilənib

“Türkiyə üçün humanitar yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş edirik”.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.

“Ölkədə güclü zəlzələ nəticəsində yaranmış humanitar böhran səbəbindən məsələyə daha həssas yanaşırıq. Yarana biləcək hər hansı virus və ya xəstəliyin yayılmaması üçün profilaktiki olaraq bu addımı atırıq” – , diplomatik nümayəndəlikdən bildirilib.

***

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

Diplomatik nümayəndəlik əlaqə saxlamaq, xüsusən də yardımlarla bağlı əlaqə telefonlarını açıqlayıb.

Vətəndaş aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Mərkəzi nömrə: +994 12 444 73 20

Konsolosluq şöbəsi: +994 12 444 73 43

Qaynar xətt: +994 51 206 08 04

Elektron- poçt adresi: [email protected]. tr

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13.5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər