9 C
Baku
Thursday, December 12, 2024

Şəhər telefonlarının sayı 12 ilin minimumuna düşüb

Azərbaycanda bir zamanların populyar texnologiyası sayılan sabit şəbəkə (ev, stasionar) telefonları sürətlə say itirməyə başlayıb. Onların sayı son 12 ilin minimumuna düşüb.

Banker.az xəbər verir ki, 2023-cü ilin əvvəlinə şəhərdə olan sabit şəbəkə telefonlarının sayı cəmi 1 milyon 118.3 min ədəd təşkil edib. Bu son bir ildə 48.4 min, 2020-ci ilin əvvəlində qeydə alınan tarixi maksimumdan 81.2 min ədəd azdır.

Onların sayının bu gün hələ də milyonun üzərində qalmasına əsas səbəb bir çoxunda sabit internet xətləri üçün hələ ki lazım olmasıdır. Çünki ölkəmizdə telekommunikasiya şəbəkəsində qismən də olsa internet protokol telefon rabitəsindən istifadə edilir.

Dövlət Statistika Komitəsinə görə, bunun 1 milyon 25.7 min nömrə isə mənzillərdə olan sabit şəbəkə telefonlarıdır. Bu da son bir ildə 36.9 min ədəd azalmadır.

Şəhər telefonları 2020-ci ilin əvvəlinə olan sayı 1 milyon 66.4 min nömrə ilə tarixi maksimuma yüksəlmişdi.

32743243264324

 

Son xəbərlər
Digər xəbərlər