21 C
Baku
Friday, April 26, 2024

Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin edib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevə yeni müşavir təyin olunub.

Bununla bağlı T.Musayev əmr imzalayıb.

Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxsin müşaviri təyin edilib.

Səhiyyə Nazirliyi faktı “Report”a təsdiqləyib.

Qeyd edək ki, T.Babayev əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər