3 C
Baku
Saturday, December 14, 2024

Səhiyyə Nazirliyi: Pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq

“Bu gün koronavirusa qarşı müqavimətin artması kollektiv immunitetin formalaşması ilə bağlıdır. Bu iki yolla yaranır. Ya insan xəstələnib sağalır, ya da vaksinasiya olunur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda əhalinin təxminən 50 faizi vaksinasiyadan keçib:

“Xəstələnənlər isə 800 mindən bir qədər yuxarıdır. Bu onu göstərir ki, kollektiv immunitetin formalaşmasında əsas təsir edən faktor vaksinlərdir. Koronavirusun yeni mutasiya olunmuş ştammları meydana gələ bilər. Virusun təkamülü baş verir. Bunun necə gedəcəyi məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələlərə baxılacaq və pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər