“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs 8 şirkətlə 12 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, şirkətlər Arash Medical Company QSC, Avromed Company QSC, Ekspa MMC, EpidBiomed MMC, Labservis LTD MMC, Medsol MMC, Nobel Elektrik ММC və Qardaşlar Mebel QSC-dir.
Müqavilələrdə Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin təminatı üçün nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, bərk və yumşaq inventarların satınalınması nəzərdə tutulur.