13 C
Baku
Thursday, April 18, 2024

Səhmdar BOKT-una ‘cibin’dən pul ayırıb kreditlər verir, portfeli böyüdür

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC 2021-ci ildə səhmdarlarına ona qoyulan mayası və eləcə də borca pul verməsi ilə kredit portfelini böyük həcmdə artırıb.

Banker.az BOKT-un illik maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci il ərzində kredit portfelinin həcmi 6 mln. 418 min manatdan 11 mln. 813 min manata qədər artırılıb. Kredit müştəriyə vermək üçün səhmdarlardan böyük həcmli borc cəlb edib.

Məsələn, hesabat müddətində 1 mln. 340 min manatlıq səhmdarlar tərəfindən BOKT borc cəlb edib, nizamnamə kapitalı isə 4 mln. 250 min manatdan 10 mln. manata qədər artırılıb. Banklar qarşısında olan 2 mln. 287 mln. manatlıq borc tam bağlanıb.

Öncəki ildəki gediş onu göstərir ki, “PSG Finans” BOKT səhmdarlarının “əllərini ciblərinə” atıb böyük həcmli kreditlər verməsində xeyir götürə bilirlər. Faiz gəlirlərinin həcmi 27% artaraq 3 mln. 071 min manat olub. 151 min manat xərci və 383 min manatlıq problemli kreditlərin geri dönüşü xalis faizini 3 mln. 303 min manata qaldırıb.

Qeyri-faiz gəlirləri öncəki ildə 2 800 manat olduğu halda 2021-də 47 min manat olub və həmin qəbildən olan xərcləri öncəki ildə 847 min manat olduğu halda 929 min manat olub. Beləliklə, qeyri-faiz gəlirlərin azalması, xərclərinin artması onun mənfəətinin gəlirlərdəki dinamikanı təkrarlamağa imkan yaratmayıb.

BOKT-un xalis mənfəəti cəmi 1 mln. 975 min manat olub. Bu da cəmi 14% artımdır.

Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 1 mln. 133 min manatdan 3 mln. 014 min manata yüksəlib.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12.5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

“PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də “PSG Kapial İnvestisiya Şirkəti” QSC təmsil olunur. Yeri gəlmişkən, BOKT-un təsisçisi olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər