-1 C
Baku
Sunday, December 15, 2024

Səhmlərin investisiya strategiyaları

İnvestisiya strategiyası – qiymətli kağızlar üzrə portfeli idarə edən zaman istifadə olunan üsulların birləşməsidir. Hər bir treyder birjada ticarət zamanı hansı prinsiplərə riayət etməsini özü seçir. Müəyyən risk nisbəti və gəlirlilik hər bir strategiya üçün xarakterikdir.

Uzun müddətli investisiya

Belə yatırımlar təhlükəsiz və faydalı hesab edilir. Uzun müddətli yatırımlar dövri olaraq məzənnələrin enməsi ilə bağlı olaraq yaranan zərərlərdən qaçmağa imkan verir. Bu növ investisiyaların effektivliyinin əsas şərti qiymətli kağızların düzgün seçilməsidir.

Orta müddətli investisiya

Bu strategiya daimi olaraq qiymət dəyişməsi zamanı ümumi qeyri-sabitlik şərtləri amilində formalaşır. Burada investorun əsas tapşırığı uğurlu şəkildə qiymətli kağız almaqdır. Bir neçə aydan sonra, həmin qiymətli kağızların dəyəri yüksəldikdə onları satmaq imkanınız olacaq. Bu strategiyanı seçən investor bazarın vəziyyətini dəqiqliklə təhlil etməyi bacarmalı, fundamental təhlildən istifadə etməyi bacarmalı və lazımi anda operativ hərəkət etməlidir.

Yüksək gəlirli investisiya

Belə yatırımlar dividentlər formasında yüksək gəlirlə təmin etməlidirlər. Alıcı emitent şirkətin bir hissəsinin sahibinə çevrilir və onun gəlirindən pay almaq haqqına sahib olur. Gəlir səhmdar cəmiyyətin son il üzrə fəaliyyətlərinin nəticələrinə görə ödənilir. Dividentlərin ödənilməsi qərarı səhmdarların ümumi yığıncağında qəbul edilir. İmtiyazlı səhm sahibləri emitentin zərərlə üzləşməsi halında belə öz paylarını alırlar.

Mövqeli trend ticarət

Bu strategiyanı adətən fond bazarı barədə xüsusi biliklərə sahib olan təcrübəli treyderlər istifadə edirlər. Onlar bazarda əlverişli şərait yaranana qədər, bir müddət sahib olduqları səhmləri özlərində saxlayırlar. Maksimum mənfəət əldə etmək və öz səhmlərini ən əlverişli zamanda satmaq üçün treyder kotirovkaların vəziyyətini izləməlidir.

Gündaxili ticarət

Bu zaman treyder bir gün ərzində səhmlərdən maksimum gəlir əldə etməyə çalışır. Bunun üçün aşağı dərəcəli məzənnə dəyişmələri ilə üzləşərək çoxlu sayda müqavilələr imzalanılır. Strategiyanın effektivliyi çox sayda emitent səhm almaq, daim məzənnələri müşahidə etmək və diqqətdədir.

Son xəbərlər
Digər xəbərlər