7 C
Baku
Thursday, December 12, 2024

​​​​​​​Şəki İcra Hakimiyyəti inzibati binasının tikintisinə daha 3 mln manat xərcləyəcək

Şəki Şəhər İcra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Azin Construction” MMC-dir.

Qalib şirkətə 2 milyon 875,6 min manat ödəniləcək.

Qeyd edək ki, 2020-ci ildə Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati binasının tikintisi üçün büdcədən 3 milyon 625 min manat ayrılmıdı.Bu işlərin görülməsi üçün şəhər icra hakimiyyəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə müqavilə bağlamışdı.

 

 

Son xəbərlər
Digər xəbərlər