22 C
Baku
Thursday, April 25, 2024

Market sahibindən prokurorluğa şikayət: Yarım milyonluq yeyinti olub

Şəmkir rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” adlı marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər