İndiyədək Hacıqabul Sənaye Məhəlləsinə 25.3 milyon manat investisiya qoyulub,
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, mövcud layihələr üzrə əlavə olaraq 25.8 milyon manatadək investisiyanın yatırılması, 400-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.