7 C
Baku
Thursday, December 12, 2024

Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan iqtisadiyyatının 4%-ni formalaşdıracaq

İşğal səbəbindən bağlanmış 7 min müəssisə bir zamanlar Azərbaycanın taxıl istehsalının 24%-ni, spirtli içki istehsalının 41%-ni, kartof istehsalının 46%-ni, ət istehsalının 18%-ni, süd istehsalının 34%-ni təmin edib. Bu istehsal imkanlarının bərpası, müxtəlif iqtisadi sektorların, xüsusilə də kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək.

Banker.az bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə istinadən xəbər verir.
İlkin hesablamalara görə, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu önümüzdəki illərdə Azərbaycan iqtisadiyyatının təxminən 4%-ni formalaşdıracaq.

Azad edilmiş ərazilər həm də böyük bərpa olunan, xüsusən də hidroenerji potensialına malikdir. Belə ki, Azərbaycanın yerli su ehtiyatlarının 25%-i Qarabağda əmələ gəlir ki, bu da su elektrik stansiyalarının (SES) yaradılması üçün imkanlar yaradır. 44 günlük müharibə dövründə Azərbaycan 30 SES üzərində nəzarəti ələ keçirdi. Bu elektrik stansiyalarının bir çoxu bərpa edilib, digərlərində isə bərpa işləri davam etdirilir. Qarabağda eyni zamanda kifayət qədər günəş və külək enerjisi potensialı var. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ilkin hesablamalarına görə, azad edilmiş ərazilər 4 min meqavatdan çox günəş enerjisi və 5 yüz meqavata qədər külək enerjisi potensialına malikdir.

Son xəbərlər
Digər xəbərlər