7 C
Baku
Thursday, December 12, 2024

Şərti cəza ilə razılaşmayan Gömrük Komitəsinin müstəntiqi yenidən məhkəmə qarşısına çıxarılıb

Bakı Apellyasiya Məhkəməsində Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımovun barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib.

İttihama görə, Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham elan olunub.

Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismində tanınıb.

Bundan başqa, digər zərərçəkmiş Gürcüstan vətəndaşı Jaba Jibqaşvili tanınıb.

Qaçaqmalçılıqda ittiham olunan Gürcüstan vətəndaşının sərhəddən keçərkən üstündə tapılan 53 min dollar DGK-nın depozit hesabına qoyulub, Nicat Qasımov isə həmin pulu götürərək mənimsəyib.

Qeyd edək ki, Jibqaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və beş il müddətinə azadlıqdan mərhum edilib.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər