10 C
Baku
Friday, December 13, 2024

Səudiyyə Ərəbistanı Asiya alıcılarına neft tədarükünü azaldır

Səudiyyə Ərəbistanı Asiya bazarına neft tədarükünü azaldıb.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Belə ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Asiyada ən az 12 müştəri üçün iyun ayında neft tədarükü müqavilələrini bağladığını bildirib.

Qeyd edildiyi kimi, 12 neftayırma zavodunun 8-i azalmanın 20-30% və ya daha çox olduğunu söyləyib. Azalmanın böyük hissəsi Çin və Hindistan alıcılarının payına düşüb. Onlardan bəziləri daha çox neft almaq üçün “Aramco” ilə danışıqlar apardıqlarını bildiriblər.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi iyun ayında neft hasilatını gündə daha 1 milyon barel azaltmağı tapşırmışdı.

Bu, neft bazarında tarazlığı bərpa etməyə kömək etməlidir, eyni zamanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin yumşaldılması tələbin yaxşılaşmasına ümid verir.

Son xəbərlər
Digər xəbərlər