Səudiyyə Ərəbistanı OPEC+ müqaviləsinin tərəfdaşlarına neft hasilatını gündə 1 milyon bareldən çox azaltmağı təklif edib. Qeyd edək ki, son iki həftə ərzində neft təxminən 15% ucuzlaşıb.
Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.
Neft hasilatının azaldılması, dünyada koronavirusun yayılması və Çindəki istehsalın aşağı düşməsi səbəbindən azalan tələbi dəstəkləməyə kömək edəcək. Bu haqda mənbələrə istinadən “Bloomberg” məlumat verib.
Səudiyyə Ərəbistanın bu təklifi, yanacağa olan tələbatın sıfıra düşə biləcəyi qorxusunu əks etdirir. Məlum olduğu kimi, OPEC+ müqaviləsinin fəal iştirakçısı olan Rusiya bu ideyanı dəstəkləmir.