Səudiyyə Ərəbistanında COVID-19-a qarşı peyvənd olunan şəxslərə “Tibbi pasport” veriləcək

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi və Süni İntellekt və Məlumat Agentliyi mobil telefonlardakı yeni əlavə vasitəsilə COVID-19-a qarşı peyvənd vurduran şəxslər üçün “Tibbi pasport”un tətbiq edildiyini açıqlayıb.

Məlumatı səhiyyə naziri Tevfik bin Fəzvan əl-Rabiyəyə istinadla SPA informasiya agentliyi yayıb.

Məlumatda qeyd olunub ki, iyunun 7-də COVID-19 əleyhinə peyvəndin ikinci dozasını vurduran nazir, həmçinin mobil telefonda yeni əlavəni də nümayiş etdirib. O deyib ki, vətəndaşların peyvəndlənmə prosesi – dozaların sayı və vurulma tarixi bu “pasport”da qeyd olunacaq. Nazir əlavə edib ki, krallıqda indiyədək 100 mindən çox insana peyvənd vurulub.

MənbəAzərtac
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər