19 C
Baku
Sunday, May 5, 2024

Səudiyyə Ərəbistanından Youtube-a xəbərdarlıq: “İslami dəyərlərə zidd reklamları silin”

Səudiyyə Ərəbistanı YouTube-dan İslami və ictimai dəyərlərə zidd olan reklamların silinməsini tələb edib.

Banker.az bu barədə Anadolu Ajansı informasiya agentliyinə istinadən xəbər verir.

Səudiyyə Ərəbistanının Audio-Vizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyasının birgə bəyanatında bildirilir ki, Youtube-un Səudiyyə Ərəbistanındakı istifadəçilər üçün ölkənin media məzmunu qaydalarına, həmçinin, İslami və ictimai dəyərlərə zidd reklamlar nümayiş etdirdiyi müəyyən edilib.

Audio-Vizual Media Baş İdarəsi və Rabitə və İnformasiya Texnologiyaları Komissiyası tərəfindən sözügedən reklamların silinməsi üçün Youtube-a müraciət edildiyi, silinmədiyi təqdirdə lazımi hüquqi tədbirlərin görüləcəyi bildirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər