1 C
Baku
Saturday, December 14, 2024

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

®Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdim edir və müxtəlif təkliflərlə sevindirir.

Sərnişinlərin istəklərini təmin etmək üçün bayram günlərində Avropa və Asiyanın bir çox şəhərinə aktiv uçuş proqramı planlaşdırılır.

İlin bu dövründə günəşli havada, dəniz kənarında istirahət etmək istəyinin artdığı vaxtda AZAL kurort istiqamətlərinə uçuşlar təklif edir. Tətil günlərində Dubay və Ciddədə çimərlik istirahətindən zövq almaq mümkündür. Həmçinin bu şəhərlərdə gözəl alış-veriş imkanları mövcuddur.

Mükəmməl seçim Aralıq dənizi və ya Qara dəniz sahillərində, Antalya və ya Soçi şəhərlərində tətili keçirməkdir. Üzmək üçün dəniz sərin olarsa, bu şəhərlər səyahətçiləri maraqlı ekskursiyalarla sevindirəcəkdir.

Türkiyə istirahət və alış-veriş üçün populyar istiqamətlərdən biri olaraq qalır. İstanbul, Ankara və Antalya ilə yanaşı, AZAL bayram günlərində İzmir və Trabzon şəhərlərinə də uçuşlar həyata keçirir. İstanbul və Ankaraya uçuşlar hər gün, Antalya, İzmir və Trabzona isə müvafiq olaraq həftədə dörd, üç və iki dəfə yerinə yetirilir.

Bundan əlavə, Novruz bayramında AZAL MDB ölkələrinə istiqamətlərin geniş seçimini – 20-yə yaxın marşrut təklif edir. Burada sanatoriya-kurort müalicəsindən tutmuş tarixi ekskursiyalara qədər müxtəlif istirahət növlərindən zövq almaq imkanı var.

Uzun yaz tətili Tbilisi şəhərinə səyahət etmək, gürcü qonaqpərvərliyinə qərq olmaq və ölkənin ləzzətli təamlarını dadmaq üçün gözəl fürsətdir! AZAL Gürcüstanın paytaxtına gündə beş dəfə reyslər həyata keçirir.

Avropa şəhərlərinə səyahət etmək istəyənlər üçün aviaşirkət Barselona, Berlin, Vyana, Praqa, London, Milana və möhtəşəm tarixi irsə malik digər şəhərlərə komfortlu uçuşlar təklif edir.

Yeri gəlmişkən, Novruz bayramı ilə əlaqədar AZAL Avropanın bu şəhərlərinə uçuşların sayını artırır: Barselona, Vyana, Praqa və Parisə – həftədə üç, Milana – həftədə beş, Londona – həftədə altı reys.

Yeni mədəniyyət və adət-ənənəni kəşf etmək istəyənlər aviaşirkətin Pekin, Mumbay, Nyu Dehli, Mədinə, İslamabad və ya Lahor istiqamətlərini seçə bilərlər. Yerli mətbəxin müxtəlif təamları, qədim abidələr və mədəni ənənələr, müqəddəs yerlər, müasir memarlıq – bütün bunlar səyahətçiləri aviaşirkətin uçuşlar yerinə yetirdiyi şəhərlərdə gözləyir.

Bundan əlavə, AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. AZAL bu aviaşirkətlə müqavilə imzalayıb. “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət tələbatın yüksək olduğu Novruz bayramlarında səyahət xərclərinə qənaət etmək üçün səfərlərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir.

Məlumat:

AZAL-ın gündəlik uçuşlar planlaşdırdığı məşhur beynəlxalq istiqamətləri sırasında:

– İstanbul – gündə 4-5 reys
– Dubay – gündə 1-2 reys
– Tbilisi – gündə 5 reys
– Ankara – gündə 1 reys
– Aktau – gündə 1 reys.

Ehtiyac yaranarsa, tələbatı nəzərə alaraq AZAL uçuşların tezliyini artıra bilər.

Həmçinin bayram günlərində “Azərbaycan Hava Yolları” aşağıdakı beynəlxalq istiqamətlər üzrə çoxlu uçuşlar yerinə yetirəcək:

– London – həftədə 6 reys
– Milan – həftədə 5 reys
– Antalya – həftədə 4 reys
– Almatı – həftədə 4 reys.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş agentliklərinə yaxınlaşa bilərsiniz.

Bayram günlərində hava limanında sıxlığı nəzərə alaraq sərnişinlərə uçuşqabağı rəsmiyyətlərdən keçmək üçün hava limanına əvvəlcədən gəlmələri tövsiyə olunur.

Aviaşirkətin reyslərinə onlayn qeydiyyat planlaşdırılan uçuş vaxtından 48 saat əvvəl açılır və 60 dəqiqə əvvəl bağlanır. Hava limanında uçuşa qeydiyyat və baqaj qəbulu uçuşdan 60 dəqiqə əvvəl başa çatır.

Son xəbərlər
Digər xəbərlər