Artıq ikinci ildir ki, Portuqaliya World Travel Awards Europe 2018 «Turist Oscar» nominasiyasını qazanaraq Avropada «turizimin əsas istiqaməti» adlandırılır.
Portuqaliya ümumilikdə 36 mükafat qazanıb-buda ümumi nominasiyaların üçdə biri deməkdir.
Evro-Pulsun məlumatına əsasən, əsas mükafata əlavə olaraq, Portuqaliya Avropanın «əsas turistik bürosu», Madeira «Ən yaxşı ada istiqaməti» Lissabon isə «Ən yaxşı şəhər» adına laiq görülmüşdür.
Bir sıra əsas mükafatlar Yunanıstanada verilib. «Ən yaxşı çimərliklər» üzrə Yunanıstan bu il Peloponnese qalib gəlib və «qısa istirahət üçün ən yaxşı şəhər» adını Afina tanınıb. Mükafatın qalibləri arasında rusiyalıda var: Sankt-Peterburq «Kruizlər üçün ən yaxşı istiqamət» və «Mədəni turizmin ən yaxşı istiqaməti» nominasiyasının qalibi olub.
World Travel Awards mükafatları 1993-cü ildən etibarən hər il təqdim olunur. Qaliblər, minlərlə turist və sənayə ekspertləri tərəfindən səsvermənin nəticələrinə əsasən seçilir. Seçim zamanı turizm infrastrukturunun təhlükəsizliyi və inkişaf səviyyəsi kimi parametrlər nəzərə alınır.