2 C
Baku
Saturday, December 14, 2024

S.Ərəbistanı neft nəqlini tam işə salmaqla qiymət kəskin düşür

Səudiyyə Ərəbistanı neft ixracatını, neft obyektlərinə hücumlardan əvvəlki səviyyəyə qədər tam bərpa eməyə müvəffəq olub.

Bu barədə ölkənin Energetika Naziri şahzadə Əbdül Əziz bin Salman Ciddədə keçirilən mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı bu ilin oktyabır ayının sonu üçün neft hasilatının həcmini sutkada 11 milyon barel, noyabırın sonu üçün isə sutkada 12 milyon barelə qədər çatdıracaq. Hazırda Krallıqda sutkada 10 milyon barel neft hasil olunur.

Bu xəbər yayılması ardından dünya birjalarında Brent neftinin dəyəri (09:04, GMT+4) 64 dollara düşüb. Halbu ki, iki gün öncə 69 dollar idi.

Energetika naziri, həmçinin “Saudi Aramco” neft şirkətinin bu ay öz müştərilərinin qarşısındakı öhdəliklərini yerinə yetirə biləcəyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər