Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, Norveç və Qətər Paris iqlim razılaşmasının məqsədlərini həyata keçirmək üçün yeni neft və qaz istehsal edən ölkələr platforması yaradacaqlar. Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyinə istinadən “SPA” yazıb.
Bu platformanın hədəflərindən biri də karbon saxlama və tutma texnologiyalarının inkişafıdır.
“Energetika Nazirliyi Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, Norveç və Qətərin yeni iqlim müqaviləsinin həyata keçirilməsinə necə dəstək verəcəklərini müzakirə etmək üçün neft və qaz istehsal edən ölkələrin forumunu yaradacaq”, – mesajda deyilir.
Ölkələr metan emissiyalarının azaldılması, o cümlədən karbon tutma və saxlama texnologiyalarının inkişafı planlarını əhatə edən strategiyalar hazırlayacaqlar. Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin nümayəndəsi texnologiyalar və innovasiyaların istixana tullantılarının azaldılmasında əsas rol oynaya biləcəyini əlavə edib.