3 C
Baku
Saturday, December 14, 2024

Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet alıb

Ukraynada Milli İslahatlar Şurasının icra komitəsinin rəhbəri olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisiyə getmək üçün oktyabrın 2-nə bilet aldığını açıqlayıb.

SaaBanker.az xəbər verir ki, bu tarixdə ölkədə yerli seçkilər keçirilməlidir.

“Əlbəttə ki, dediyim kimi, oktyabrın 2-si axşam saatlarında Tbilisidə sizinlə olmaq və iradə ifadənizi qorumaq, eləcə də Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım”, – deyə Saakaşvili “Facebook”da videomüraciətdə söyləyib.

Sentyabrın 6-sı Mixail Saakaşvili oktyabrın 2-nə təyin olunan bələdiyyə seçkiləri ərəfəsində vətəninə gələcəyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, Gürcüstan hökuməti onu həbs etsə belə, “gürcü xalqı keçmiş prezidentini azad edəcək”.

2013-cü ildə səlahiyyət müddəti başa çatdıqdan dərhal sonra Gürcüstanı tərk edən Mixail Saakaşvili Tbilisi məhkəməsi tərəfindən vəzifələrindən sui-istifadə etməklə bağlı iki cinayət işi üzrə üç və alt il həbs cəzasına məhkum edilib.

Son xəbərlər
Digər xəbərlər