Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində istismarda olan orta təzyiqli daşıyıcı qaz kəmərinin yeraltı hissəsində, Ağdaş və Göygöl rayonları ərazisində aşkar edilmiş qaz sızmalarının ləğvi, həmçinin Qusar şəhəri, S.Vurğun küçəsi istiqamətində yeni çəkilmiş polietilen qaz xəttinin daşıyıcı kəmərə qoşulması ilə əlaqədar 12.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Banker.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Quba (18 kənd), Qusar (rayon mərkəzinin bir hissəsi), Göygöl (bir hissəsi) və Ağdaş (bir hissəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq