15 C
Baku
Wednesday, April 24, 2024

“Sabah edərəm” tələsindən qaçın

Prokrastinasiya ilə mübarizə aparmazdan əvvəl, onun haradan qaynaqlandığını başa düşmək lazımdır. Müəllif Ceyms Klirin sözlərinə görə, qədim yunan filosofları Sokrat və Aristotel, insanın daha məqsədəuyğun fəaliyyətlə məşğul olmadığı halları təsvir etmək üçün “akrasiya” terminini yaratmışdırlar. 

Müasir terminlərdən istifadə etsək, Klinin fikrincə, hər bir insanın daxilində “inkidi mən” və “gələcək mən” yaşayır. “İndiki mən” qısamüddətli, “gələcək mən” isə uzunmüddətli perspektivləri güdür. 

“…gələcək mən qarşısına məqsədlər qoymağı, indiki mən isə fəal hərəkətə keçməyi bacarır. Qərar qəbul etməyin vaxtı çatanda, beyin ilk olaraq indiki ehtiyaclarınızı ödəməyi düşünür”, – Klir yazır. 

Çox vaxt prokrastinasiya daxili təxribata bənzəyir. “İndiki mən” gücü öz əlində cəmləşdirərək, “gələcək mən”i sıxışdırmağa başlayır. 

Prokrastinasiyanın yaradıcılıq qabiliyyətinə müsbət təsiri

Düzünü desək, müəyyən hallarda proktastinasiya etmək hətta faydalıdır. 2016-cı ildə psixologiya və menecment professoru Adam Qran tələbəsinin apardığı təcrübədən bəhs etdi. 

Belə ki, təcrübə iştirakçılarını iki qrupa böldülər. Birinci qrupa düşünmək və yeni ideyalar ortaya çıxarmaq göstərişi verildi, ikinci qrup isə seçimində azad idi: iştirakçılar istədikləri qədər oyun oyanaraq prokrastinasiya edə bilərdilər. 

Nəticədə məlum oldu ki, prokrastinasiya edənlərin ideyaları 28% daha kreativdir. Bununla yanaşı, Qrant qeyd edir – Stiv Cobs, Bill Klinton, Frenk Lloyd Rayt və Aaron Sorkin kimi məşhurlar istedadlı və yaradıcı olmaqla yanaşı, həm də xroniki prokrastinatorlar sırasına daxildirlər. 

Faydalı və zərərli prokrastinasiya arasındakı fərq

Bu fərq emosiyalardadır. Psixologiya professoru Cozef Ferrari hesab edir ki, insan əsasən iki səbəbdən prokrastinasiya edir:

  1. Əhval-ruhiyyəmiz pis olduğu üçün, bu və ya digər işi sonraya saxlamaq qərarını veririk. 
  2. Düşünürük ki, yaxın zamanda əhval-ruhiyyəmiz yaxşılaşacaqdır. 

Çox vaxt özümüzə deyirik: “düzdür, iki dilim tort yedim, amma sab ah iki qat çox idman edəcəyəm”. Nəticədə, özümüzü çıxışı olmayan çevrəyə salırıq. 

Fasilə etmək və şlərdən boyun qaçırmaq kimi istəkləri bir-birindən fərqləndirmək üçün, mövcud situasiyanın emosional tərəfinə nəzər yetirin. 

Prokrastinasiya ilə mübarizə aparmaq üçün aşağıdakı qaydalara riayət etməyə çalışın. 

İş və istirahəti bir-birindən ayırmaq

İş masası arxasına oturmusunuzsa, yalnız iş ilə məşğul olun. Nə “Facebook” açın, nə də başqa mövzulara dair məqalələr oxuyun. Belə nizam-intizama öyrəşməyiniz vaxt tələb edir, lakin sonra özünüzə “çox sağ ol” deyəcəksiniz. 

Ən mürəkkəb işləri birinci edin

Bu həqiqətən də çox effektiv metoddur. Ən çətin işləri sonraya saxlasanız, düşünməkdə çətinlik çəkəcəksiniz – sizin beyniniz artıq yorğundur.

Mükafatlardan zövq alın

Düzdür, ani mükafatlar insana çox zövq verir, lakin planlaşdırdığınız işi yerinə yetirib bitirdikdən sonra özünüzü ondan da xoşbəxt hiss edəcəksiniz. Ürəyinizdən prokrastinasiya etmək keçdikdə, indiyədək qazandığınız “mükafatları” xatırlayın. 

Məhdudiyyət qoyun

Əgər işə başlamağa çətinlik çəkirsinizsə, məhdudiyyətlər sizə bu işdə kömək edə bilər. Məsələn, bütün evdə təmizlik işlərini aparmalısınızsa, ilk olaraq bir otaqdan başlayın. 

İstəsəniz, intervallı işləyə bilərsiniz: 25 dəqiqə iş və 25 dəqiqə istirahət. 

Qrafikə uyğun hərəkət edin

Konkret qrafik bir çox  məsələni yerində həll etməyə imkan verir – sonraya saxlamadan. Unutmayın ki, bu metodlar universal deyil və kimsə üçün effektiv olmaya bilər. Prokrastinasiya  – insanın təbiətinə xas olan bir şeydir. Özünüzü danlamayın, günahlandırmayın. Bütün gücünüzü toplayın və “gələcək mən”i sevindirmək üçün əlinizdən gələni etməyə çalışın. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər