10 dekabr tarixində Moskvada “altılıq formatı”nın (“3+3”) ilk iclası keçiriləcək
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada keçiriləcək.
Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin müavinlərinin qatılacağı iclasda ölkəmizi xarici işlər nazirinin müavini səfir Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək”,- deyə məlumatda bildirilir.