13 C
Baku
Wednesday, May 22, 2024

Sabahdan bu rayonların qaz təchizatında fasilə yaranacaq

Sabahdan etibarən 4 gün ərzində bəzi rayoların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Banker.az bu barədə Azəriqaz-a istnadən xəbər verir.
Bildirilir ki, 26.04-29.04.2022-ci il tarixlərində 4(dörd) gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda “Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Quba rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə Xaçmaz şəhər daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq, həmçinin 29.04.2022-ci il tarixində Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.
Son xəbərlər
 ⁠
Digər xəbərlər