16 C
Baku
Thursday, April 25, 2024

Sabiq millət vəkili, xalq artisti Amaliya Pənahova vəfat edib

Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Əliş qızı Pənahova dünyasını dəyişib. Banker.az xəbər verir ki, bu barədə Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova öz “Facebook” səhifəsində məlumat verib.

Qeyd edək ki, Pənahova 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri vəzifələrində çalışıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər