23 C
Baku
Sunday, May 26, 2024

SABIS® SUN beynəlxalq məktəbinin şagirdi ABŞ TOP universitetlərinə qəbul edilib – FOTO

®Azərbaycanda, Bakı şəhərində yerləşən SABIS® SUN Beynəlxalq Məktəbinin (SABIS® SUN) 12-ci sinif şagirdi Batuhan Yeltekin Kolumbiya Universiteti və Pensilvaniya Universiteti kimi iki Ivy League universitetləri də daxil olmaqla dünyanın ən məşhur universitetlərindən qəbul məktubları alıb.

Batuhan 2015-ci ildə SABIS® SUN Beynəlxalq məktəbinə şagird kimi daxil olub.

Məktəbdə oxuduğu müddətdə o, yüksək akademik səviyyəni qorumaq, məktəbdə və beynəlxalq səviyyədə tanınmış standartlaşdırılmış imtahanlarda yüksək ballar qazanmaq üçün çox çalışmışdır. Bunun nəticəsində, Batuhan Amerika College Testində (ACT) maksimum 36 baldan 33, TOEFL iBT-də isə maksimum 120 baldan 112 bal toplayıb.

Batuhan həm də məktəbdə şagirdlər tərəfindən idarə olunan SABIS® Şagird Həyatı Təşkilatı icmasının (SLO) fəal üzvüdür. SLO-nun bir hissəsi olaraq o, müxtəlif kampaniyalar həyata keçirib, layihələrdə könüllü olub, müsabiqə və debatlarda ev sahibliyi etmək və iştirak etmək istiqamətində layihələr icra edib.

Batuhan çox çalışmasının və təhsil təcrübəsinə bağlılığının bir nəticəsi olaraq, dünyanın yüksək reytinqli universitetlərinə, xüsusilə Kolumbiya və Pensilvaniya Universitetlərinə qəbul olunaraq təltif edilib.

Batuhan, 60.000-dən çox müraciət arasında güclü namizəd kimi görünən 200-ə yaxın şagirdə qəbul olunduqlarını erkən bildirmək üçün Kolumbiya Universiteti tərəfindən göndərilən “Bəyənilmə Məktub”u alıb.

O, həmçinin sinifə qəbul edilən ən istedadlı şagirdlərdən biri kimi tanındığı üçün 2027-ci ilin John Jay Scholar (John Jay Akademik Titulu) tituluna layiq görülüb. Batuhan Azərbaycandan bu mükafatı alan ilk şagirddir.

Pensilvaniya Universiteti Batuhana qəbul məktubunu, həmçinin “University Scholar” (Universitet Akademik Titulu) proqramında iştirakı üçün namizədliyini göndərib. Bundan əlavə, ona “Benjamin Franklin Alimlər” Proqramına iştirak etmək üçün xüsusi dəvətnamə də verilib. Proqram, bakalavrları onların maraq dairələrinə əsasən intizam sərhədləri daxilində və kənarında yenilik, söhbət və əməkdaşlıq üçün mentorluq imkanları ilə təmin edir.

Batuhan yüksək savad və istedadı ilə Cənubi Kaliforniya Universiteti (USC), Toronto Universiteti (UOT), Britaniya Kolumbiyası Universiteti (UBC), Kaliforniya San Dieqo Universiteti (UCSD), İllinoys Universiteti Urbana-Champaign (UIUC) və Virciniya Texnologiya Universitetlərindən də qəbul qazanıb.

Gənc azərbaycanlı istedad SABIS® SUN-da keçirdiyi vaxtdan və məktəbinin ona təhsil səyahətində necə dəstək verdiyindən danışarkən qeyd etdi:

“SABIS® SUN-un təklif etdiyi güclü kurikulum və beynəlxalq təhsil üçün tələb olunan A-Level, AP®, SAT, ACT və TOEFL iBT kimi imtahanlara hazırlıq mənim uğurumu təmin etdi. Potensialımızın ən yüksək səviyyəsinə çatmaqda müəllimlərimizin verdiyi dəstək mənim, o cümlədən bütün sinif yoldaşlarımın uğurunda böyük rol oynadı.

Bununla belə, seçilmiş bu universitetlər vahid yanaşmadan istifadə edərək şagirdləri təkcə akademik nailiyyətlərinə görə deyil, həm də təhsil həyatı boyu məşğul olduqları əlavə fəaliyyətlərə görə qiymətləndirirlər. Məktəbimdə Şagird Həyatı Təşkilatı mənə bu əlavə fəaliyyətləri və layihələri həyata keçirmək üçün hər cür şərait yaratdı.

Batuhan, gələcəkdə böyük nailiyyətlər əldə edəcək, maraqlı düşüncə tərzi ilə həqiqətən qeyri-adi bir şəxsiyyətdir. Ondan planlarının nə olduğunu soruşduqda o, “Akademik məqsədim kompüter elmləri üzrə ixtisaslaşmaq və eyni zamanda iqtisadiyyat üzrə əsas biliklərə yiyələnməkdir. Təhsilimi süni intellekt sahəsində daha da artırmaq istəyirəm” söyləyib.

Batuhana təhsil yolunu davam etdirməkdə uğurlar arzulayırıq.

Batuhanla tam müsahibəyə baxmaq üçün keçid edin.

643f83b98525e643f83b98525f1681884089643f83b98525a643f83b98525c

643f83ba9ebbf643f83ba9ebc01681884089643f83ba9ebba643f83ba9ebbd

643f83bbc0225643f83bbc02261681884089643f83bbc021f643f83bbc0221

643f83bcac08a643f83bcac08b1681884089643f83bcac087643f83bcac089

643f83bdb32c8643f83bdb32c91681884089643f83bdb32c4643f83bdb32c7

643f83bec20f5643f83bec20f61681884089643f83bec20f1643f83bec20f3

643f83c0140e0643f83c0140e11681884089643f83c0140dd643f83c0140df

643f83c16f016643f83c16f0171681884089643f83c16f00f643f83c16f013

643f83c2be675643f83c2be6761681884089643f83c2be66f643f83c2be673

643f83c2c8b35643f83c2c8b361681884089643f83c2c8b32643f83c2c8b34

643f83c3f40a0643f83c3f40a11681884089643f83c3f409c643f83c3f409e

643f83c55bed3643f83c55bed41681884089643f83c55becf643f83c55bed2

643f83c6b332d643f83c6b332e1681884089643f83c6b3328643f83c6b332b

643f83c7aa3b4643f83c7aa3b51681884089643f83c7aa3b0643f83c7aa3b3

643f83c89e258643f83c89e2591681884089643f83c89e254643f83c89e257

643f83c98f014643f83c98f0151681884089643f83c98f00e643f83c98f012

Son xəbərlər
 ⁠
Digər xəbərlər