12 C
Baku
Wednesday, April 24, 2024

“Şahdağ”da qış mövsümünün başlayacağı tarix açıqlandı

“Şahdağ Turizm Mərkəzi”ndə yeni rəhbərin gəlməsindən sonra ilk qış mövsümünün açılışı 17 dekabrda olacaq.

Banker.az xəbər xəbər verir ki, bu barədə turizm mərkəzindən məlumat verilib.

Həmçinin bildirilir ki, mövsümün açılışının dekabrın 17-nə təyin olunmasına baxmayaraq, xizək sürməyə dekabrın 15-dən etibarən gələ bilərsiniz.

Bu il “Zirvə Hotel”də “Pirosmani” restoranı açılıb, Gürcüsayağı Yeni il keçiriləcək. Mövsümə özəl olaraq Zirve Hotel-də səhər yeməyi daxil 2 böyük üçün otaq 135 AZN-ə olacaq.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr Rüstəm Nəcəfov təyin edilmişdir.

Onu da qeyd edək ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər