5 C
Baku
Saturday, December 14, 2024

Sahibkarların xammal tədarükü ilə bağlı kredit faizləri subsidiyalaşdırılır

Sahibkarlığın İnkişafı Fondu tərəfindən minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə faizlər subsidiyalaşdırılır.

Banker.az xəbər verir ki, fonddan verilən məlumata görə, subsidiyalaşdırılma əsasən şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron məmulatlarının istehsalı ilə məşğul olan sahibkarların xammal tədarükü ilə bağlı aldıqları kredit faizlərinə aiddir.

Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə krediti verən təşkilata müraciət edə bilərlər.

dfklgre

Son xəbərlər
Digər xəbərlər