Yaxın günlərdə Azərbaycan, Ermənistan və Rusiya birgə komissiyasının iclası keçiriləcək.
Rusiyanın “RBK” telekanalı xəbər verir ki, görüşdə Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahid Mustafayev iştirak edəcək.
Görüşdə əsas mövzu Cənubi Qafqazın nəqliyyat dəhlizlərinin açılması, Naxçivanla Azərbaycanın əsas əraziləri, həmçinin, Ermənistanla Rusiya arasında yolların açılması olacaq.
Azərbaycanın Naxçıvana dəmir yolu xətti, həmçinin, avtomobil yolu çəkmək istəyi, əvəzində isə Ermənistanın Rusiya ilə dəmir yolu xətti ilə birləşməsi müzakirə olunacaq.
Birgə komissiyanın martın 1-nə qədər görüləcək işlərin qrafikini tərtib etməsi gözlənilir.