2 C
Baku
Saturday, December 14, 2024

Salvador bitkoinə qoyduğu sərmayədən əldə etdiyi gəlirlə 20 məktəb tikəcək

Salvador bitkoinə qoyduğu sərmayədən əldə etdiyi gəliri yeni məktəblərin tikintisinə xərcləyəcək. Banker.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nayyib Bukelenin mətbuat xidməti məlumat verib.

Noyabrın 3-nə olan məzənnəni nəzərə alsaq, Salvador hökuməti 1120 BTC-yə sahibdir ki, bu da 70.5 milyon ABŞ dollarına bərabərdir.

Sentyabrın 7-də Salvadorda bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyan qanun qüvvəyə minib. Bu xəbərin fonunda kriptovalyuta may ayının maksimumunu yeniləyərək 52.9 min ABŞ dollarına çatıb.

Salvadorun hər bir sakini dövlət proqramı çərçivəsində yaradılmış “Chivo” cüzdanını aktivləşdirmək üçün 30 dollarlıq bitkoin alıb. Proqram “Apple”, “Google” və “Huawei” mağazalarında istifadəyə verilib.

Eyni zamanda sentyabrın 8-də Salvadordakı “McDonald’s” və digər “fast food” şəbəkələri bitkoin qəbul etməyə başlayıb.

Xatırladaq ki, oktyabr ayında prezident Bukele kriptovalyutaya qoyulan investisiyalardan əldə edilən gəlirdən istifadə edərək, Salvadorun paytaxtında yeni baytarlıq klinikasının tikintisini elan edib. Prezident layihəyə 4 milyon ABŞ dolları ayıracağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər