“Salyan-Taxıl” şirkəti ötən ili zərərlə başa vurub

“Salyan-Taxıl” ASC-nin 2025-ci ildə əsas əməliyyat gəlirləri 33.3% azalaraq 9 000 manatdan 6 000 manata düşüb. Nəticədə şirkət ili 140 802 manat xalis zərər ilə tamamlayıb (2024-cü ildə xalis zərər 140 902 manat olub).

Banker.az bu barədə şirkətin 2025-ci il üzrə illik maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin ümumi aktivləri 1.2% artaraq 4 milyon 876 min manatdan 4 milyon 937 min manata yüksəlib.

Öhdəliklərdə 7.2%-lik artım baş verib. Ötən il 849 178 manat olan cəmi öhdəliklər, bu ilin sonunda 910 419  manata çatıb.

Xatırladaq ki, “Salyan Taxıl” ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 241 534 manatdır və qanuni təmsilçisi Mehman Həsənovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər