17 C
Baku
Monday, April 29, 2024

“Samsung” ABŞ-də sərmayəsini 45 milyard dollara çatdıracaq

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ hökumətindən 6.4 milyard dollara qədər maliyyə vəsaiti alacaq.

Bu barədə “Nikkei Asia” məlumat yayıb.

Bildirilib ki, “Samsung Electronics” ABŞ-yə investisiyaları 17 milyarddan təxminən 45 milyard ABŞ dollarına çatdıracaq.

“Samsung” Texasda çip istehsalı zavodu, tədqiqat və təkmilləşdirmə (R&D) obyekti və s. inşa edəcək.

Bu məqsədlə ümumilikdə iki zavod inşa olunacaq. Birinci zavod 2026-cı ildə, ikinci zavod isə 2027-ci ildə istehsala başlayacaq.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər