23 C
Baku
Friday, April 26, 2024

Samsung-dan müştərilərə xəbərdarlıq: danışıqlarınız dinlənilir

Samsung şirkəti öz müştərilərinə xəbərdarlıq verərək bildirmişdir ki, televizor önündə şəxsi məsələlərinizi müzakirə etməyin. Bu xəbərdarlıq isə Samsung Smart TV-dən istifadə etmək üçün adi pultdan deyil,  səsli əmrlərdən istifadə edən müştərilərə şamil edilib.

Smart TV insanların onun ətrafında danışdıqlarını “dinləyir” və bəzən bu məlumatları Samsung şirkətinin özünə və yaxud üçüncü bir tərəfə ötürür.

Samsung Smart TV televizorlarının insanları “dinlədiyi” barədə məlumatı isə Daily Beast online jurnalı yayıb. Belə ki, televizor nə vaxt əmr verdiyinizi ayırd etmək üçün bütün danışıqlaınızı dinləyir.

Verilən məlumatda deyilir: “İşlətdiyiniz sözlərdə şəxsi və yaxud digər özəl məlumat olduqda, bu məlumat televizor tərəfindən qəbul edilir və üçüncü tərəfə yönəldilir.

Samsung şirkətinin özünün bildirdiyinə görə isə, əldə etdiyi danışıq məlumatını saxlamır və satmır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər