11 C
Baku
Thursday, May 16, 2024

Samsung Galaxy S23+ və S23 Ultra-nın ilk rəsmi şəkilləri yayımlanıb

“91mobiles” portalı “Samsung”un gələcək flaqman smartfonlarının ilk rəsmi şəkillərini dərc edib. Plakatlarda iki model göstərilir: Galaxy S23+ və Galaxy S23 Ultra.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Göründüyü kimi, Galaxy S23+ modeli istehlakçıya çəhrayı rəngdə təqdim olunacaq. Galaxy S23 Ultra-ya gəlincə, o, yaşıl rəngdə buraxılacaq. Əlbəttə ki, seçim bununla məhdudlaşmayacaq, lakin bu rəng seçimləri rəsmidir.

Samsung Galaxy S23 Plus XaEAApswD

Bütün modellər ən son Qualcomm Snapdragon 8 Gen 2 çipini alacaq. Yeniliklərin premyerası 2023-cü ilin fevral ayının əvvəlində baş tutacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər