26 C
Baku
Tuesday, April 30, 2024

Samsung partlayan Galaxy Note 7 smartfonlarını bazara qaytaracaq

Banker.az saytı Cənubi Koreyanın Hankyung nəşrinə istinadən xəbər verir ki, Samsung şirkəti partlayan Galaxy Note 7 smartfonlarını daha az həcmli akkumlyator ilə təchiz edərək bazara qaytarmaq qərarına gəlib.

Xətaların baş verməsi riskini azaltmaq üçün istehsalçı şirkət modernizasiya edib və smartfonların batareyasını daha etibarlı olanı ilə əvəz edib. Bazardan geri çəkilən partlayan smartfonlar 3500 milliamper/saat həcminə malik olduğu halda, yeni smartfonlarda bu göstərici 3000 və yaxud 3200 olacaq.

Samsung bu yenilənmiş smartfonları yalnızca inkişaf etməkdə olan bazarlarda, əsas olaraq Hindistan və Vyetnamda satmağı planlaşdırır. Bu telefonların Cənubi Koreyanın özündə də satılacağı istisna deyil.

Galaxy Note 7 satışları 2016-cı ilin avqustunda start götürsə də, tezliklə istifadə zamanı partlaması səbəbindən istehsalı dayandırıldı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər