9 C
Baku
Wednesday, December 11, 2024

“Samsung” qlobal smartfon bazarında liderliyini bərpa edib

“Samsung” fevral ayında yenidən qlobal smartfon bazarında liderliyini bərpa edib. Bundan əvvəl lider “Apple” olub.

Mənbənin məlumatına görə, indi “Samsung” smartfon bazarının 21.1%-nə sahibdir ki, bu da bir ay əvvəllə müqayisədə 3.5% çoxdur. “Apple”in işləri o qədər də yaxşı getmir – şirkətin bazar payı 20.9%-dən 20.2%-ə düşüb. İlk beşliyi “Xiaomi” (11.5%), “Oppo” (8.9%) və “Vivo” (8.2%) tamamlayır.

“Business Korea”nın məlumatına görə, fevralda dünyada 89.6 milyon smartfon satılıb. Bu, ötən ilin analoji göstəricisindən 15% azdır. ABŞ və Avropada satışlar müvafiq olaraq 4% və 22% azalıb.

Son xəbərlər
Digər xəbərlər