24 C
Baku
Monday, April 29, 2024

“Samsung” smartfonların adında “Z” hərfini siləcək

Cənubi Koreyanın “Samsung” şirkəti Fold və Flip smartfon modellərinin adlarında “Z” hərfindən imtina etməyə hazırlaşır. Bu barədə “Android Authority” portalı məlumat yayıb. Şayiələrə görə, korporasiya nümayəndələri qərarlarını avqustun 10-da “Galaxy Unpacked” təqdimatı zamanı elan edəcəklər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Müxbirlər qeyd ediblər ki, hələ 2022-ci ilin martında Şərqi Avropada “Samsung” Fold və Flip smartfonlarında “Z” hərfini silib. Şirkət bu dəyişikliyi rəsmi şəkildə şərh etməyib.

“Z” hərfi Ukraynada hərbi əməliyyat keçirən Rusiya hərbçilərinə qeyri-rəsmi dəstək simvoluna çevrilib. Hərif Rusiya hərbi texnikasına şamil edilir. Zaman keçdikcə bu simvol bütün dünyada rus ordusu ilə əlaqələndirilməyə başlayıb.

Mart ayında İsveçrənin “Zurich Insurance” şirkəti ağ fonda mavi “Z” işarəsi olan loqosunu dəyişib. Bunun əvəzinə şirkət sosial şəbəkələrdə  tam adından istifadə etmək qərarına gəlib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər